525.Az

“Azərbaycan daha bir işbirliyi platforması yaratmağı təklif edib”


 

“Azərbaycan daha bir işbirliyi platforması yaratmağı təklif edib”<b style="color:red"></b>

“Azərbaycan bölgədə daha bir işbirliyi platformasını yaratmağı təklif edib. Bu “3+3” formatıdır”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, bu format Naxçıvana yeni dəmiryolu çəkilməsini də özündə əks etdirir:

“Ötən ilin son illərində ilk Azərbaycan qazı Avropaya çatdırıldı. TAP layihəsinin istismara verilməsi nəticəsində bu mümkün oldu. Bu, tarixi hadisədir. “Şahdəniz” yatağından hasil edilmiş təbii qazın 2018-ci ildə TANAP ilə Türkiyəyə daxil olmasının ardınca TAP vasitəsilə Avropaya çatdırılması Azərbaycanın qaz ölkəsi kimi tanınmasına səbəb oldu”. 

 





18.02.2021    çap et  çap et