525.Az

Rusiyada daha bir istirahət gününün təsisi təklifi olunub


 

Rusiyada daha bir istirahət gününün təsisi təklifi olunub<b style="color:red"></b> İctimai Palatanın üzvü və “Ayıq Rusiya” layihəsinin rəhbəri Sultan Həmzəyev, ölkədə yeni bayram gününün təsis edilməsini təklif edib.
 
525.az xəbər verir ki, o, bu məsələ ilə əlaqədar Rusiyanın Səhiyyə naziri Mixail Muraşkoya müraciət də ünvanlayıb.

Həmzəyev “7 Aprel Sağlam Həyat Tərzi Günü”nün təsis edilməsi üçün çağırış edib. Bildirib ki, Vladimir Putin çıxışlarında dəfələrlə sağlam həyatın formalaşdırılması məsələsinə toxunub. Onun fikrincə, bu məsələ Rusiyada milli ideyanın əsas tərkib elementlərindən biridir. 
 
“Sağlam həyat tərzinin gələcəkdə daha geniş təbliği məqsədilə xahiş edirəm 7 aprel tarixinin Rusiyada sağlam həyat tərzi bayramı və istirahət günü kimi təsis olunması məsələsinə baxasınız. Həmin gün ölkə vətəndaşlarını gənc nəsillə birgə bədən tərbiyəsi və idmanla məşğul olmağa səsləmək, eləcə də bu istiqamətdə maarifləndirmə işini artırmaq imkanı əldə etmək olar”, – deyə sənəddə qeyd olunur. 
 
Nigar Abbasova

 





18.02.2021    çap et  çap et