525.Az

Kitabtoplama kampaniyası davam edir


 

Kitabtoplama kampaniyası davam edir<b style="color:red"></b>

Fevralın 19-da işğaldan azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsi də qoşulub.

525.az xəbər verir ki, fakültənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı öncə Prezident İlham Əliyevin  və Azərbaycan ordusunun rəhbərliyi altında qazanılan mühüm qələbədən danışıb.

O, bildirib  ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda illər ərzində xeyli sayda mədəni abidələrimiz, kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilib.

Dekan əvəzi vurğulayıb ki, artıq Prezident İlham Əliyevin başçılığı altında quruculuq işlərinə başlanılıb.

Ə.Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayaraq Kitabxanaçılıq-informasiya fakultəsinin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan ədəbiyyatına, Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin siyasətinə, eləcə də  Kitabxanaçılıq-informasiya fakultəsinə dair dərs vəsaitləri və jurnalları fonda bağışlayıb.

 





19.02.2021    çap et  çap et