525.Az

“Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının böyük potensialı var”


 

“Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının böyük potensialı var”<b style="color:red"></b>

“Azərbaycan beynəlxalq miqyasda bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir”.

525.az-ın APA-ya istinadən məlumatına görə, bunu baş nazir Əli Əsədov bu gün Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

Baş nazir bildirib ki, Azərbaycanla Türkiyənin iqtisadi tərəfdaşlığının böyük inkişaf potensialı var:

“Həm dünən keçirilən görüşlərdə, həm də bugünkü iclas zamanı hər iki tərəf iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqlədi. Qarşılıqlı sərmayə qoyuluşu bundan sonra da davam edəcək. Çünki bu yatırımlar xalqlarımızın rifahına xidmət edir. Şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməklə bağlı sazişin təsdiqlənməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq. Pandemiyaya baxmayaraq, ötən il nəqliyyat sahəsində də əməkdaşlığımız uğurlu olub”.

 





19.02.2021    çap et  çap et