|
|
|
|
Bəsrə körfəzində tullantı fastfudlarla qidalanan qağayıların çəkiləri həddindən çox artdığı üçün uça bilmirlər.
525.az xəbər verir ki, mütəxəssislər bu ərazidəki quşların artıq dənizdəki balıqlarla qidalanmadığını, sadəcə meyvə şirəsi və şirniyyatlara ehtiyac duyduqlarını bildirirlər.
“İndepedent.co.uk” saytında yayılan xəbərə görə, qağayılar fastfudla qidalanmağa öyrəşdiyi üçün dənizə girmir və təbii qidalanmırlar. Bütün bunlar isə quşlarda ciddi xəstəliyə yol açır.
Bu səbəbdən mütəxəssislər qida qalıqlarının təbiətə kortəbii şəkildə atılması və ekoloji çirklənmənin qarşısının alınmasının vacibliyini vurğulayırlar.
Nigar Abbasova