525.Az

Mamontlarla bağlı yeni bilgilər əldə edildi - Araşdırma


 

Mamontlarla bağlı yeni bilgilər əldə edildi - <b style="color:red">Araşdırma </b>

Dünyanın ən qədim DNT analizi mamont dişindən çıxarılıb.

525.az xəbər verir ki, Sibirin şimalındakı Vrangel adasında rus və isveçli elm adamlarının iş birliyi nəticəsində çıxarılan mamont dişi müxtəlif sınaqlardan keçirilib. Alınan nümunələr nəticəsində ən qədim DNT qalığının 1,2 milyon yaşında olduğu təyin olunub.

Bu, 4000 il əvvəl yaşadığı təxmin edilən mamontların mövcud olduğu illərin gözlənildiyindən xeyli qədim olduğunu sübut edib.

Qeyd edək ki, tədqiqatçılar DNT-nin yaşından əmin olmaq üçün üç fərqli metoddan istifadə ediblər.

El Roman

 





19.02.2021    çap et  çap et