525.Az

Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu


 

Uşağın şıltaqlığı 133 doza peyvəndin məhvinə səbəb oldu<b style="color:red"></b>

Ötən gün Braziliyanın Rio Bananal şəhərində sakinlər üçün nəzərdə tutulan koronavirusa qarşı peyvəndin hamısı sıradan çıxıb.

525.az “Report”a istinadən xəbər verir ki, polisin bildirdiyinə görə, 9 yaşlı uşağın vaksinasiya mərkəzində səhvən elektrik lövhəsini söndürməsi soyuducuda saxlanılan “CovonaVac” peyvəndinin 133 dozasının, habelə qan testi nümunələrinin və başqa dərmanların məhv olmasına səbəb olub.

Nəticədə şəhər bələdiyyəsi həssas qruplar arasında peyvəndləmə aparmaq üçün yenidən doza gətirtmək məcburiyyətində qalıb.

Şahidlərin sözlərinə görə, uşaq oynayaraq skamyaya dırmaşıb və elektrik lövhəsinin içində sayrışan qırmızı lampanı söndürmək istəyərkən səhvən elektrik təchizatını şəbəkədən ayırıb.

Hadisəyə dair araşdırma aparılır.

 





20.02.2021    çap et  çap et