525.Az

Göyçayda qəza: 6 nəfər xəsarət alıb


 

Göyçayda qəza: <b style="color:red">6 nəfər xəsarət alıb </b>

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

 





21.02.2021    çap et  çap et