525.Az

72 yaşlı şahzadə Çarlz atasını ziyarətə getdi


 

72 yaşlı şahzadə Çarlz atasını ziyarətə getdi <b style="color:red"></b>

Uels Şahzadəsi Çarlz, atası Edinburq hersoqu şəhzadə Filipin qaldığı mərkəzi London xəstəxanasını ziyarət edib.

525.az xəbər verir ki, 99 yaşlı şahzadə Filip çərşənbə axşamı xəstəxanasına yerləşdirilib. Bukinqem sarayından olan mənbənin verdiyi məlumata görə, hersoqun gələn həftə də xəstəxanada qalması ehtimalı böyükdür. Onun xəstəxanada qalmasının dəqiq səbəbi açıqlanmasa da, koronavirusla əlaqəsi olmadığı bildirilir. 72 yaşlı Şahzadə Çarlz, şənbə günü atasının yanında xəstəxanada təxminən 30 dəqiqə qalıb.

Qeyd edək ki, İngiltərənin mövcud koronavirus karantin qaydalarına əsasən, xəstəxanada kimisə ziyarət etmək evdən çıxmaq üçün məqbul səbəb sayılır.

El Roman

 

 





21.02.2021    çap et  çap et