ABŞ-ın Florida ştatında iki qadın peyvənd vurdurmaq üçün 65 yaşdan yuxarı olduqlarını iddia ediblər.
525.az xəbər verir ki, səlahiyyətli şəxsləri aldadıb ilk dozanı müvəffəqiyyətlə vurduran qadınlar ikinci dozaya getdikləri zaman peyvənd mərkəzində yaxalanıblar. Belə ki, üzləri çətinliklə seçilən iki qadın peyvənd vurdurmaq üçün qeydiyyatdan keçdikləri sistemdə yaşlarını dəyişdiriblər. Ancaq qadınların sənədlərini yoxlayan bir məmur peyvənd kartlarındakı və şəxsiyyət vəsiqələrindəki doğum tarixlərinin uyğun olmadığını görüb.
Bundan sonra polis işə qarışıb. Nəticədə qadınlar əslində 34 və 44 yaşlarında olduqlarını etiraf ediblər.
El Roman