525.Az

İtaliyanın Konqodakı səfiri həlak olub


 

İtaliyanın Konqodakı səfiri həlak olub<b style="color:red"></b>

İtaliyanın Konqo Demokratik Resbublikasındakı səfirinin olduğu konvoya hücum olub.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, yaraqlılar ölkənin şərqində yerləşən Kanyamahoro şəhəri yaxınlığında BMT-nin konvoyuna hücum edib.
Hücum nəticəsində üç nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiridir.
 
Virunga Milli Parkının verdiyi məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.
 
Səfirin həlak olması xəbərini italiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

 





22.02.2021    çap et  çap et