525.Az

Mənəvi Dəyərlərin Təbliği Fondu videoçarx müsabiqəsi elan edir


 

Mənəvi Dəyərlərin Təbliği Fondu videoçarx müsabiqəsi elan edir<b style="color:red"></b>

Müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirməkdir.

525.az xəbər verir ki, müsabiqəyə təqdim olunan materiallar video formatında qəbul ediləcək.

Materialların qiymətləndirilməsi zamanı videonun aşağıdakı özəllikləri xüsusilə nəzərə alınacaq:

1) Keyfiyyət: minimum 1920×1080;
Ölçü: 16:9 ratio;
Müddət: 1-4 dəq aralığında;
Format: on-off və ya digər maraqlı təqdimatlarda ola bilər.

2) Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir obyekt (abidə, məbəd və s.) barəsində material təqdim edə bilər. Təqdim edilən video materialda haqqında danışılan obyekt (abidə, məbəd və s.) barəsində məlumat mahiyyəti üzrə əhatəli və aydın formada olmalı, obyektin tarixi, yerləşəmə yeri və müxtəlif rakurslardan görüntüsü əks olunmalıdır.

Materiallar elektron daşıyıcıda birbaşa, poçt vasitəsilə və ya [email protected] adresinə göndərilməklə Fonda təqdim edilə bilər. Materialı Fonda təqdim edərkən özünüz barədə (ad, soyad, ata adı, yaşayış ünvanı, əlaqə vasitəsi) yazılı məlumat verməyi unutmayın!

Qaliblər pul mükafatları ilə mükafatlandırılacaq:

I yer (bir nəfər)- 800 AZN
II yer (iki nəfər)- 600 AZN
III yer (üç nəfər)- 400 AZN
Hər biri 150 AZN olmaqla 4 həvələndirici mükafat

SON MÜRACİƏT TARİXİ: 1 may 2021-ci il

Əlaqə: Tel: 012-464-92-57
Email: [email protected]
Feysbuk hesabı: Mənəvi Dəyərlərin Təbliği Fondu
Ünvan: Bakı şəhəri, Tbilisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

 





22.02.2021    çap et  çap et