525.Az

Futbolun maraqlı anları


 

Futbolun maraqlı anları<b style="color:red"></b>

Penalti ustası

Yaxın keçmişimizin məşhur futbolçusu, ispan Qaiska Mendyeta penalti ustası kimi tanınıb. "Valensiya", "Latsio", "Barselona", "Midlsbro" kimi komandalarda oynamış və İspaniya yığma komandasının şərəfini qorumuş yarımmüdafiəçi karyerası ərzində yerinə yetirdiyi penalti zərbələrinin hamısını qola çevirə bilib.

33 futbolçu

Britaniyada duman adi təbii hadisədir. Bir dəfə 2 Şotlandiya komandasının qarşılaşması zamanı duman o qədər qatı olub ki, futbolçular nəinki komanda yoldaşlarını, hətta rəqib futbolçuları və topu görməyə çətinlik çəkiblər. Oyunun gedişində birdən hakimə elə gəlib ki, meydandakı futbolçuların sayı normadan artıqdır. Komandaların ehtiyat oyunçular skamyasına yaxınlaşan referi orada kimsənin olmadığını görüb və oyunu dayandırıb. Sonradan məlum olub ki, meydanda qaydalara görə 22 deyil, 33 futbolçu var imiş.

Qapının nə fərqi, əsas qol vurmaqdır

Dumanla bağlılığı olan daha bir maraqlı olay İngiltərədə baş verib. Dumanlı hava şəraitində keçirilən oyundan sonra komandaların birinin hücumçusu Corc Ods deyib: "Dəqiq bilirəm ki, 5 qol vurmuşam. Amma hansı qapıya... xatırlamıram". Corcun 5 dəfə fərqləndiyi və 3:3 hesabı ilə başa çatan oyundan sonra məlum olub ki, hər komanda meydanda 18 futbolçu ilə çıxış edirmiş.

Qapıçını tapın!

İngiltərə birinciliyində "Nottingem Forest" və "Lester Siti" arasında keçirilən matç güclü çovğun səbəbindən 2-ci hissənin əvvəlində təxirə salınıb. Futbolçular paltardəyişmə otağına yollanıblar. Yarım saatdan sonra "Lester"in futbolçuları qapıçılarının yanlarında olmadığının fərqinə varıb və onu axtarmağa başlayıblar. Qapıçını elə güman olunduğu yerdə - meydanda, qapıda tapıblar. Demə, zavallının oyunun təxirə düşdüyündən xəbəri yox imiş. "Mən də fikirləşirdim ki, görün, oyunçularımız nə qədər "artırıblar" ki, rəqibə hücum qurmağa imkan vermirlər" deyə, qolkiper pərt olmasını gizlətməyə çalışıb. 

"Rekonstruksiya"

19 yaşlı nigeriyalı İyabo Abade gənclər arasında Dünya çempionatına düşmək məqsədilə cinsini dəyişdirərək kişi olub. Los-Anceles klinikalarının birində keçirilən əməliyyat qıza 45 min dollara başa gəlib. İndi İyabo Abadenin adı Ceyms Consondu.

Ən tez avtoqol

Ötən əsrin 60-cı illərində "Breşiya"nın müdafiəçisi olmuş Mattsiaya məxsusdur. O, futbol tarixinə "Montova" ilə oyunun 38-ci saniyəsində öz qapılarına qol vurmaqla düşüb.

Qozbeli qəbir düzəldər

Ötən əsrin 70-ci illərində Argentinanın "Barika" komandasının şərəfini qorumuş müdafiəçi Roberto Vaskes mövsüm yarılanmamış 7 dəfə topu öz qapısından keçiribmiş. Bundan bezən məşqçi Ernando Aqirre Robertonu hücumda oynatmağa qərar verib. Elə növbəti oyundaca "istedadlı bombardir" 8-ci dəfə avtoqola imza atıb. Oyun qurtardıqdan sonra isə komandadan qovulub.

Hazırladı: Məhəmməd TAĞIYEV

 





22.02.2021    çap et  çap et