525.Az

Tərtərdə mülki şəxs minaya düşdü


 

Tərtərdə mülki şəxs minaya düşdü<b style="color:red"></b>

Tərtərdə mülki şəxs minaya düşüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb.

Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





22.02.2021    çap et  çap et