525.Az

Nə gördün Qarabağda?.. - Qulu Ağsəsin şeiri


 

Nə gördün Qarabağda?.. - <b style="color:red">Qulu Ağsəsin şeiri</b>

- Nə gördün Qarabağda,
(soruşdum Rza Diqqətinin fotolarından)

orda vəziyyət nə cürdü?
Salamatçılıqdı, dedi:
məscid - minbərdən,
kəhriz - çinardan,
qəbir - başdaşından,
mina - kadrdan
         hündürdü!
Hə, bir də
mat qaldım bir şeyə:
oranın quşları
             adam kimi danışır,
adamları
          quş kimi oxuyur deyə...

                   10 fevral 2021-ci il

 





22.02.2021    çap et  çap et