525.Az

Türkiyədə bu gün koronavirusdan 78 nəfər vəfat etdi


 

Türkiyədə bu gün koronavirusdan 78 nəfər vəfat etdi<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 78 nəfər vəfat edib.

525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8104 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5690, ağır xəstələr isə 1189 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə həyatını itirib.

 





22.02.2021    çap et  çap et