525.Az

"Nüvə məsələsi bir bəhanədir, bizim müdafiə imkanlarımıza qarşdırlar"


 

"Nüvə məsələsi bir bəhanədir, bizim müdafiə imkanlarımıza qarşdırlar"<b style="color:red"></b>

"İranın uranı zənginləşdirməsi həddi 20 faiz deyil. Ölkənin ehtiyacına uyğun və nüvə mühərrikləri üçün lazım gələrsə, uranın zənginləşdirilməsini 60 faizə də çatdıra bilərik".

525.az-ın məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xamenei Xobreqan Ekspertlər Şurası Məclisinin başçısı və üzvləri ilə görüşündə deyib.

Ayətullah Xamenei ölkənin ehtiyacları üçün əlverişli nüvə texnologiyası gücünü əldə etməkdə İranın qərarlı olduğunu bildirib.

İran və 5+1 ölkələri arasında nüvə sahəsində əldə olunan Hərtərəfli Birgə Fəaliyyət Planından danışan Ayətullah Xamenei qeyd edib ki, bir neçə illik müqavilə imzalanıb, bu müqaviləyə əgər onlar əməl etsələr, Tehranda da onların əməl etdiyi müddət qədər əməl olunacaq: "Lakin Qərb ölkələri özləri də çox yaxşı bilirlər ki, biz nüvə silahı ardınca getmirik. Nüvə silahı məsələsi bir bəhanədir, onlar bizim adi silahlarımıza belə qarşı çıxırlar. Bizim müdafiə imkanlarımıza qarşdırlar. Çünki onlar İranın güc komponentlərini əlindən almaq istəyirlər".

 





22.02.2021    çap et  çap et