525.Az

Rusiyanın Qarabağa göndərdiyi humanitar yardımın həcmi


 

Rusiyanın Qarabağa göndərdiyi humanitar yardımın həcmi<b style="color:red"></b>

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.

525.az APA-ya istinadən verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün İrəvan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.

Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir: “6 yük avtomobili və onları müşayiət edən 2 avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”.

Y. Qorelov qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.

 





23.02.2021    çap et  çap et