|
|
|
|
"İndiyə qədər Hərbi Liseyi 12 mindən çox məzun bitirib, onlardan 20 nəfərdən artıq məzun general rütbəsinə layiq görülüb".
525.az-ın məlumatına görə, bunu Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:
"Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub".