525.Az

Daha 223 nəfərdə koronavirus aşkarlandı: 176 sağalan, 2 ölən var


 

Daha 223 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">176 sağalan, 2 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib, aktiv xəstə sayı 2 208 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, ötən müddət ərzində isə ümumilikdə 2 563 101 test aparılıb.

 

 





23.02.2021    çap et  çap et