525.Az

Azad edilmiş ərazilərdə turizmlə bağlı strategiya hazırlanır


 

Azad edilmiş ərazilərdə turizmlə bağlı strategiya hazırlanır<b style="color:red"></b>

"İşğaldan azad edilmiş ərazilərdə turizmlə bağlı strategiyanın hazırlanması mərhələsindəyik. Bura təhlükəsizlik, bələdçilərin hazırlanması və s. bir çox məsələlər daxildir".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumilikdə Qarabağda əsas iqtisadi sahələrdən biri məhz turizm olacaq:

“Artıq bələdçilərlə bağlı proqrama başlanılıb, onlara Qarabağın tanıdılmasına dair  4 təlim keçirilib. Bu, davamlı prosesdir".

DTA-nın mətbuat katibi Kənan Quluzadə isə deyib ki, ümumilikdə bu, uzunmüddətli strategiyadır, orada həyatın bərpası bir qədər zaman alacaq:

"Azad edilmiş torpaqların turizm potensialı böyükdür. Ümumən söhbət həmin bölgədə turizm məhsullarının yaradılması, klasterlərə bölünməsi, regionun turizm dəyərləndirilməsindən gedir, araşdırmalar aparılır: "Ekoturizm, aqroturizm, qış turizmi, təbiət turizmi və sağlamlıq turizmi ilə bağlı işlər görülə bilər. Kəlbəcər və Zəngilanda sağlamlıq turizmi ilə bağlı potensial var, amma turizmin inkişaf konsepsiyası hazırlanandan sonra göstəriləcək ki, hansı regionda daha çox hansı turizm nəzərdə tutulur".

 

 





23.02.2021    çap et  çap et