525.Az

Bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb


 

Bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb<b style="color:red"></b>

Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb.

525.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Həmin ünvanda yerləşən mənzillərdən birində 5 nəfərin meyiti aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.

İlkin məlumata görə, onlar dəm qazından boğularaq ölüblər.

 





23.02.2021    çap et  çap et