525.Az

“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq”


 

“Gürcüstanı “3+3” platformasında iştiraka razı salmağa çalışırıq”<b style="color:red"></b>

““3+3” platformasına qatılması üçün Gürcüstanı razı salmağa çalışırıq”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla Ankarada birgə mətbuat konfransında deyib.

“Ümid edirik ki, Gürcüstan “3+3” platformasında iştirak edəcək. Bundan hər kəs qazanacaq”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir Gürcüstanda hökumət dəyişikliyinin baş verdiyini və Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün təxirə salındığını da xatırladıb.

“Bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı qələbəyə görə təbrik edirəm. Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var”.

“Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”, - deyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir qeyd edib ki, 30 illik işğal zamanı Azərbaycan torpaqlarında dağıntılar törədilib: “Qarabağda, işğaldan azad edilən 7 rayonda tarixi, dini, mədəni abidələrin bərpası üçün Prezident İlham Əliyevin liderliyində Azərbaycan hökuməti əhatəli işlər aparmaqdadır. Türk dünyası, Türk Şurası, Türkiyə olaraq bölgənin yenidən bərpası üçün əlimizdən gələn dəstəyi verəcəyik”.

 





23.02.2021    çap et  çap et