525.Az

Xocalı - ovudulmaz və unudulmaz yaramız


 

Xocalı - <b style="color:red">ovudulmaz və unudulmaz yaramız</b>

Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizmdir. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalını yer üzündən birdəfəlik silmək idi. Axı Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər olan tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Erməni işğalından sonra bütün maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçilərinin iştirakı ilə 7 min nəfərlik əhalisi olan Xocalı şəhərində qanlı soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı soydaşlarımızdan 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdü ki, onların 150-nin taleyi hələ də məlum deyil.

Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirərək, onların başlarının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Xocalının neçə-neçə qeyrətli oğulları ermənilərin murdar qəbirləri üstündə vəhşicəsinə qətlə yetirilmişdi. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan, qələm acizdir. Xocalı bir gecənin içində adı dildə qalan, özü yalan olan Xocalıya çevrildi. Azərbaycan xalqı heç vaxt və heç zaman Xocalı soyqırımını unutmayacaqdır. Ermənilər öz bədnam hərəkətləri ilə tarixidən tanıdığımız ən qəddar faşist zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər özlərini məzlum xalq kimi tanıdan ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.

Yeri, yurdu olmayan, kökü bu günə kimi bəlli olmayan, süfrəmizin artığı, torpağımızın bərəkəti, suyu ilə böyüyən "gör qonşularımızı" biz niyə tanımamışdıq? Çünki bizim damarlarımızda axan qan azərbaycanlı qanıdır. Bu qan bizə insanlığı öyrədib. Biz böyük olmuşuq, bu gün də böyüklüyümüzü saxlayırıq, sabah da böyük olaraq qalacağıq. Biz tarixi ədalətin bərpa edilməsi, işğal və soyqırım siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik!

Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə kədərli bir abidə ucalıb. Burada arzuları gözündə qalan, balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu, ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir. Qəhrəman xalqımız tarixin bütün dövrlərində dədə-baba torpaqlarımıza göz dikənlərə qarşı daim mübarizə aparmış, heç kimə boyun əyməyib. Qədim və mübariz xalqımızın sələfləri olan xocalılar da düşmənə layiqli müqavimət göstərdilər, onlar şəhid oldular, amma yenllmədilər.

Xocalı soyqırımına ilk dəfə Ümummilli lider Heydər Əliyev qəti və dəqiq siyasi qiymət verdi, soyqırım qurbanlarının daima anılması haqqında fərman imzaladı. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.

Bu gün qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb. 44 günlük II Qarabağ müharibəsində müzəffər sərkərdəmiz, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi ustalığı və qətiyyəti, müharibədə canlarını fəda edib, sona qədər mübarizə apararaq qələbə qazanan, azad etdikləri torpaqlarımıza üçrəngli bayrağımızı sancaraq dalğalandıran Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın igid oğullarının qəhrəmanlığı sayəsində torpaqlarımızı yenidən birləşdirdik.

Əslimizə, soykökümüzə qayıtdığımız və milli bəşəri dəyərlərdən bəhrələndiyimiz indiki dövrdə böyüməkdə olan nəslin vətənpərvərlik, qəhrəmanlıq, məğlubedilməzlik ruhunda tərbiyə olunması Naxçıvan Dövlət Tarix Muzeyinin qarşısında duran ümdə vəifələrdən biridir. Muzeydə keçirilən silsilə tədbirlər, açıq dərslər arasında soyqırım və vətənpərvərlik mövzusuna daha artıq diqqət yetirilir. Hər il muzeyin fonduna azərbaycanlıların soyqırımı ilə əlaqədar onlarla materiallar daxil olur. Muzeydə stasionar sərgilərin təşkili də xüsusi yer tutur. Xocalı soyqırımı ilə bağlı qurulan sərgidə köməkçi materiallardan, fotoşəkillərdən, müxtəlif növ yazılardan istifadə olunub.

Gənc nəslin mənəvi tərbiyəsində, onlarda vətənpərvərlik və tarixi keçmişimizə məhəbbət hissinin aşılanmasında bu mədəniyyət ocağının özünəməxsus yeri vardır.

Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında şəhid olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi gənc nəsil üçün bir örnək və həyat dərsidir.

Nərminə ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi

 





23.02.2021    çap et  çap et