525.Az

Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi


 

Qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti institutları kimi<b style="color:red"></b>

AZƏRBAYCAN QANUNVERİCİLİYİ BU BARƏDƏ DEYİR? 

Vətəndaş cəmiyyəti institutlarının formalaşmasında qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları hansı dövlətin ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, orada mövcud olan başqa qurumlarla ümumi xüsusiyyətlərin daşıyıcısına çevrilirlər. Belə ki, QHT-lər dövlətin qüvvədə olan qanunları ilə hesablaşmalı, fəaliyyəti zamanı mövcud qanunvericiyə əməl etməlidir. Başqa sözlə QHT-lər səlahiyyətləri fəaliyyətləri çərçivəsində  öz məsuliyyətlərini daim hiss etməlidir.

Bu məsuliyyəti formalaşdırmaq üçün dünyanın mülki cəmiyyət institutları mövcud olan istənilən ölkəsində, o cümlədən , Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hüquqi təminatı üçün bir sıra qanunlar normativ aktlar mövcuddur. Bu qanunların bir hissəsi bilavasitə, digərləri isə dolayısı ilə QHT sektorunun fəaliyyətinin tənzimləməsində müstəsna rol oynayır.

Azərbaycan QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas qanun 1995-ci ildə qəbul edilmiş ölkə konstitusiyasıdır. Sərbəst birləşmək azadlığını özündə əks etdirən konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı digər ictimai birlik yaratmaq ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir.

1998-ci ildə "Qrant haqqında" qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini bütövlükdə donor resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna əhəmiyyətə malikdir. Qanunun 1-ci maddəsi QHT-lərin birbaşa məşğul olduğu maliyyələşmə üçün prioritet hesab edilən sahələri - "humanitar, sosial ekoloji, sosial təyinatlı obyektlərin infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat idman sahələrində proqramları, elm, tədqiqat layihələşdirmə proqramlarını, dövlət cəmiyyət üçün əhəmiyyət kəsb edən digər istiqamətləri qanunvericilik səviyyəsində  ayrıca təsbit edir.

2000-ci ildə qəbul edilən  "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" qanun isə qeyri-hökumət təşkilatlarına aid əksər məsələlərə aydınlıq gətirir. Bu qanun QHT-lərin yaradılmasından başlayaraq, onların hakimiyyət orqanları ilə münasibətlərinə qədər, meydana gələ biləcək bir çox məsələləri tənzimləməyə çalışır. Həmçinin, qanun qeyri-hökumət təşkilatlarının fəaliyyəti, yenidən təşkili ləğv edilməsi qaydaları, onların idarə olunmasının əsas prinsiplərini  nizamlayır. 

Qanunun 2-ci maddəsində "ictimai birlik" "fond" anlayışlarından söz açılır onlara belə bir tərif verilir: "İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki ya hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarə edən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Fond - üzvləri olmayan, bir ya bir neçə fiziki ya hüquqi şəxsin könüllü əmlak haqqı əsasında təsis edilən sosial, xeyriyyə, mədəni, təhsil ya digər ictimai-faydalı məqsədləri daşıyan qeyri-hökumət təşkilatıdır".

Qanuna əsasən, qeyri-hökumət təşkilatları ölkə daxilində xaricdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə yasaq edilməyən konkret olaraq qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərlə ziddiyyət təşkil etməyən istənilən fəaliyyət növünü həyata keçirmək hüququna malikdir. 4- maddədə QHT-lərin təşkilati-hüquqi formaları müəyyən olunur. Orada göstərilir: "QHT-lər istənilən təşkilati-hüquqi formalarda təsis oluna bilərlər".

QHT-lərin fəaliyyəti ilə bağlı digər bir aktual məsələ yeni yaradılan qurumun adı ilə bağlıdır. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanunun 3.1-ci maddəsində müəyyən olunur ki, hər bir qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. Qeyri-hökumət təşkilatının adı mütləq şəkildə onun nizamnaməsində əksini tapmalıdır. Fondun adı göstərilərkən "fond" sözündən istifadə olunması məcburidir. Prinsip etibarilə qeyri-hökumət təşkilatları qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış digər qeyri-hökumət təşkilatlarına məxsus olan adlar istisna olmaqla, istənilən addan istifadə edə bilər. Qanunvericilikdə qeyri-hökumət təşkilatının adının hansı dildə yazılması nəzərdə tutulmamışdır. Lakin Konstitusiyaya görə, dövlət dilinin Azərbaycan dili olmasını nəzərə alsaq, qeyri-hökumət təşkilatlarının adları hökmən Azərbaycan dilində göstərilməlidir. Azərbaycan dili ilə yanaşı qeyri-hökumət təşkilatının adı xarici dildə göstərilə bilər.

Qanuna görə qeyri-hökumət təşkilatı 2 üsulla yaradıla bilər: təsis edilmə; yenidən təşkil. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanuna görə qeyri-hökumət təşkilatının olduğu yer onun Nizamnaməsində  göstərilən hüquqi ünvanı ilə müəyyən edilir. Mülki Məcəllənin 51-ci maddəsində müəyyən olunur ki, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.

Fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının iştirakçısı olmaq hüququ onların vətəndaşlığından asılı deyildir. Belə ki, həm Azərbaycan Respublikasının vətəndaşları, həm əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçısı ola bilərlər. Qeyri-hökumət təşkilatlarının iştirakçısı ola bilən hüquqi şəxslərin dairəsi isə nisbətən məhduddur. Belə ki, dövlət hakimiyyəti yerli özünüidarə orqanları qeyri-hökumət təşkilatlarının iştirakçısı (təsisçisi, üzvü köməkçisi) ola bilməzlər.

Qeyri-hökumət təşkilatının nizamnaməsi onun əsas təsis sənədi hesab olunur. Nizamnamədə qeyri-hökumət təşkilatı haqqında bütün məlumatlar öz əksini tapmalıdır: məqsədi, təşkilati quruluşu, idarə olunma qaydası onun fəaliyyəti ilə əlaqədar digər məsələlər. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanunun 13- maddəsinə uyğun olaraq, hər bir qeyri-hökumət təşkilatının nizamnaməsində aşağıdakı məsələlərə mütləq şəkildə aydınlıq gətirilməlidir: qeyri-hökumət təşkilatının adı yerləşdiyi yer; fəaliyyətinin məqsədləri; idarə olunma qaydası; əmlakının formalaşma mənbələri; nizamnamənin qəbulu, ona əlavə dəyişikliklərin edilməsi qaydası; qeyri-hökumət təşkilatının ləğv edilməsi qaydası; ləğv edildiyi halda təşkilatın əmlakından istifadə qaydaları. Bu göstərilənlər həm ictimai birliyin, həm fondun nizamnaməsində nəzərdə tutulmalıdır.

Qeyri-hökumət təşkilatının nizamnaməsinə lazım gəldikdə əlavə dəyişikliklər edilə bilər. Bu proseslərin ümumi qaydaları haqqında da qanunvericilikdə lazımi göstərişlər mövcuddur. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanunun 14.1-ci maddəsinə əsasən ictimai birliyin  nizamnaməsinə dəyişikliklər onun ali idaretmə orqanının qərarı ilə edilə bilər.

Qeyri-hökumət təşkilatının mülkiyyətində ya operativ idarəsində qanunvericiliklə qadağan olunmamış istənilən növdə əmlak ola bilər. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər fondlar) haqqında" Qanunun 24- maddəsinə əsasən qeyri-hökumət təşkilatının əmlakının pul digər şəkildə formalaşdırma mənbələri aşağıdakılardır: təsisçilərin ya ictimai birliklərin üzvlərinin müntəzəm ya birdəfəlik üzvlük haqları; könüllü əmlak haqları ianələri; malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar; səhmlər, istiqrazlar, başqa qiymətli kağızlar əmanətlərdən alınan dividentlər gəlirlər; öz əmlakından istifadə onun satılması nəticəsində əldə edilən gəlirlər;  qrantlar; qanunvericiliklə qadağan edilməyən digər gəlirlər.

Hər bir təşkilatda olduğu kimi, QHT-lərin gəlir əldə etməsi mümkündür. Təbii ki, qanunlarda bu da nəzərdə tutulur. Qeyd olunan qanunun 22.2-ci maddəsində göstərilib ki, qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri üzvləri arasında bölüşdürməyərək yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmağa yönəldilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə əlaqədar digər bir mühüm qanun 2003- ildə qəbul olunmuş "Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Reyestri Haqqında" qanundur. Bu qanun hüquqi şəxs statusu almaq istəyən qurumların dövlət qeydiyyatı qaydasını müəyyən edir. Qanunun 8.1. maddəsi hüquqi şəxs statusu almaq istəyən QHT-nin qeydiyyatın bir qayda  olaraq  40 gündən gec olmayaraq həyata keçirilməsini nəzərdə  tutur.

Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda bu müddət daha 30 günə qədər artırıla bilər. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir.

Qanunvericiliyə əsasən hüquqi şəxs statusu almaq istəməyən QHT-lər təşkilatın  yaradılması  haqqında bildirişi təsis qərarı qəbul olunduğu andan 30 gündən gec olmayaraq Ədliyyə Nazirliyinə yazılı müraciətlə təqdim etməlidirlər. Bu onların qanuni fəaliyyəti üçün əsas hesab olunur.

Azərbaycan Respublikasının bir sıra qanun məcəllələrində olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyri-hökumət təşkilatları, daha dəqiq desək qeyri-hökumət təşkilatlarında müqavilə əsasında çalışan insanların (müqavilə əsasında fəaliyyət göstərən işçilərlə yanaşı vətəndaş cəmiyyəti institutlarında təmənnasız fəaliyyət göstərən-könüllü işçilər mövcuddur) fəaliyyətlərini tənzimləyən müddəalar öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsini təhlil etdikdə bir daha şahidi oluruq ki, QHT- çalışan işçilər üçün bu məcəllənin tətbiqi heç bir maneə yaratmır. Belə ki, QHT-lər digər yerlərində olduğu kimi işə qəbul etdiyi işçilərlə əmək müqaviləsi bağlamalıdır. Bu müqavilə Əmək Məcəlləsinin 42-53- maddələrində əks olunmuş tələblərə Əmək Məcəlləsinin 1 saylı əlavəsində əks olunan nümunəvi formaya uyğun olmalıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, qeyri-hökumət təşkilatlarında Əmək müqaviləsi ilə çalışan işçilərlə yanaşı təmənnasız fəaliyyət göstərən şəxslər (könüllülər) fəaliyyət göstərirlər. Bu kateqoriya işçilərin hüquqi vəziyyəti  Əmək Məcəlləsi vasitəsi ilə tənzim olunmur. Bu hal isə öz növbəsində bəzi problemlərin yaranmasına səbəb olur.

QHT-lər digər qurumlar kimi, vergilərdən azad deyillər. Bununla yanaşı dövlət tərəfindən qeyri-kommersiya təşkilatları üçün müəyyən güzəştlər nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə görə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərindən istifadə edirlər. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 165.1.2. maddəsinə əsasən "xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantları)hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi xidmətlərin göstərilməsi" üçün  Əlavə Dəyər Vergisi (ƏDV)  sıfır  dərəcəsi ilə tutulur. Vergi Məcəlləsində mövcud olan bu vergi güzəşti praktikada QHT-lər üçün ciddi problemlər yaradır. Çünki ƏDV-nin  0 dərəcəsi  ilə tutulması prosedurası  mürəkkəbdir. Belə ki, Vergilər Məcəlləsinin 175.7 maddəsinə əsasən "Sıfır dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV- cəlb edilən əməliyyatlar hesab edilir belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilmiş ƏDV-nin  məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir." Beləliklə, QHT-lər hesabat dövrü ərzində malların təqdim edilməsi, işlərin görülməsi xidmətlərin göstərilməsi üçün qrant vəsaitindən ödədikləri ƏDV-ni  əvəzləşdirməkdə çətinlik çəkir ən başlıcası isə qrant təqdim etmiş donor qarşısında hesabat verərkən problemlərlə üzləşirlər.  

Vergi Məcəlləsinə əsasən qeyri-hökumət təşkilatına münasibətdə aşağıdakılar mənfəət vergisini ödəməkdən azaddır (maddə 106): xeyriyyə təşkilatlarının gəliri - sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən başqa; qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları ianələr. Göstərilənlərdən başqa, qeyri-hökumət təşkilatlarının əldə etdiyi bütün gəlirlər, o cümlədən sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər mənfəət vergisinə cəlb olunurlar".  Əmlak vergisinə münasibətdə isə yalnız əlillərin ictimai təşkilatlarının vergini ödəməkdən azad edilməsi nəzərdə tutulur (maddə 199). Qalan bütün hallarda digər müəssisələr kimi, qeyri-hökumət təşkilatları vergiləri ödəməyə mükəlləfdirlər.

27 dekabr 2001-ci il tarixində qəbul olunmuş digər bir qanun-"Dövlət satınalmaları haqqında"qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi təşkilatı əsaslarını müəyyənləşdirir, satınalmalar zamanı dövlət vəsaitindən səmərəli qənaətlə istifadə edilməsi, müsabiqə aşkarlıq əsasında bütün mal göndərənlərə (podratçılara) bərabər rəqabət mühiti yaradılması prinsipləri qaydalarını müəyyən edir . Qanun QHT-lərin dövlət satınalmalarında iştirakına heç bir hüquqi maneə yaratmır. Belə ki, qanunun 8.1. maddəsinə görə "Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident qeyri-rezident hüquqi ya fiziki şəxslər, yaxud hüquqi şəxslər, yaxud hüquqi  şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi  iştirak edə bilərlər ". Bununla belə Qanuna daxil edilmiş bir sıra şərtlər faktiki vəziyyət QHT-lərin dövlət satınalmalarında iştirakını mümkünsüz edir.

2002-ci ildə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının qanununa edilən müvafiq dəyişiklikdən sonra QHT-lər məcburi sosial ödəmələrə cəlb olundular. Lakin bir sıra QHT-lərin  sosial ödəmələrdən azad edilməsi, yaxud bəzi donorların ayırdığı qrantlar (ABŞ Hökuməti, Avropa Birliyinin s. ) sosial sığortaya cəlb edilməməsi belə güzəştlərə malik olmayan QHT-lərin digərlərinə nisbətdə qeyri-bərabər vəziyyətə salır. Bundan başqa sosial sığorta hadisəsi baş verərkən müavinətlərin ödənilməsi zamanı QHT-lər bir sıra problemlərlə üzləşirlər. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli (sonrakı illərdə əlavə dəyişikliklər edilib) 189№-li qərarı ilə təsdiq olunmuş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələri əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması ödənilməsi haqqında əsasnamə" nin II bölməsinə görə "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinət aşağıdakı hallarda verilir:

Xəstəlik zədə nəticəsində əmək qabiliyyəti müvəqqəti itirildikdə.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Təəssüf ki, QHT-lərdə çalışan işçilər əmək qabiliyyətlərini müvəqqəti itirərkən birinci iki həftə üçün onlara ödəniləsi olan müavinət üçün vəsaitin olmaması bu müddəanın praktikada işləməməsinə gətirib çıxarır.

QHT-lərin bir institut olaraq Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmasını analiz edərkən   bəlli olur ki, onların ölkənin ictimai-siyasi  həyatında hərtərəfli iştirakı üçün kifayət qədər hüquqi baza mövcuddur. Belə ki, yuxarıda qeyd olunan qanunlarla  yanaşı, qeyri-hökumət təşkilatları seçki qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasında keçirilən prezident,  Milli Məclis bələdiyyə seçkilərini müşahidə edə bilərlər.

Bundan başqa qeyri-hökumət təşkilatları Prezident bələdiyyə seçkiləri haqqında qanunlara müvafiq olaraq seçki komissiyalarının formalaşmasında da iştirak edə bilərlər. "Azərbaycan Respublikasının Prezidentinin seçkiləri haqqında" qanunun 12-ci maddəsinə əsasən, ərazi seçki komissiyasının tərkibi Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların yerli təşkilatlarının yaşayış yeri üzrə seçicilərin yığıncağının irəli sürdükləri bir qayda olaraq ali təhsilli namizədlər arasından onun müəyyən etdiyi qaydada keçirilən püşkatma yolu ilə müəyyən edilir.

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq, qeyri-hökumət təşkilatları yığıncaqlar, mitinqlər, nümayişlər, piketlər keçirə bilərlər.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna əsasən qeyri-hökumət təşkilatları kütləvi informasiya vasitələri təsis etmək hüququna malikdirlər. Elə Azərbaycanın bugünkü gerçəkliyi QHT-lərin qanunun bu müddəasından fəal istifadə etmələrini sübuta yetirir.

"Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası sosial müdafiəsi haqqında" qanuna əsasən dövlət orqanları təsərrüfat təşkilatları qanunvericilikdə nəzərdə tutulan hallarda əlillərin ictimai təşkilatlarının mənafeyinə toxunan məsələləri əlillərin müvafiq ictimai təşkilatlarının iştirak ya razılığı ilə  həll edirlər.

"Ətraf mühitin mühafizəsi haqqında" qanuna görə qeyri-hökumət təşkilatları ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq, özlərinin ekoloji proqramlarını işləyə təbliğ edə, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını maraqlarını müdafiə edə, ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirə, ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak edə, inzibati məhkəmə qaydasında  ekoloji cəhətdən  zərərli müəssisələrin, qurğuların başqa  ekoloji zərərli  obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması istismara verilməsinin, o cümlədən ətraf mühitə insanların sağlamlığına mənfi təsir göstərən təsərrüfat fəaliyyətinin məhdudlaşdırılmasını, müvəqqəti daimi dayandırılmasını tələb edə, müvafiq orqanlar məhkəmələr qarşısında iddia qaldıra bilərlər s.

Bütün qeyd olunanları yekunlaşdıraraq demək olar ki, qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün bütün qanuni prosedurlar nəzərdə tutulub. Qanunlara edilən əlavə dəyişikliklərlə zaman-zaman mövcud boşluqlar, qüsurlar da öz müsbət həllini tapır. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə yeni tələblər ortaya çıxır bu da öz növbəsində  ölkəmizdə qeyri-hökumət təşkilatlarının qanunvericilik bazasının təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan QHT-lər üçün münbit hüquqi bazanın yaxşılaşması ehtiyac duyduğumuz yeni qanunların qəbulu prosesi indi davam etdirilir bu gələcəkdə davam etdiriləcək. Nəticədə bu sahədə olan bütün çatışmazlıqlar aradan qaldırılacaq.

AQİL

 





04.03.2014    çap et  çap et