525.Az

Ayaqqabı udan timsah əməliyyat edildi - Foto


 

Ayaqqabı udan timsah əməliyyat edildi - <b style="color:red">Foto</b>

ABŞ-ın Florida ştatında 158 kiloqramlıq bir timsah cərrahiyə əməliyyatı olunub. Onun mədəsindən ayaqqabı çıxarılıb.

525.az xəbər verir ki, timsah keçən dekabr ayında zooparka gələn bir turistin ayaqqabısını udub. Anuket adı verilən timsahda bu hadisədən sonra narahatlıq başlayıb. Nəticədə iki ay sonra əməliyyata alınıb. Səlahiyyətlilər, onun mədəsindəki ayaqqabının birdən çox metoddan istifadə edərək uğurla çıxarıldığını bildiriblər.

Mütəxəssislər indi timsahın vəziyyətinin yaxşı olduğunu və zooparka geri göndərildiyini bildiriblər.

El Roman

 

 





23.02.2021    çap et  çap et