ABŞ və dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan "Boeing", şənbə günü Denver üzərindən uçarkən parçalanan 777 model təyyarələrin uçuşunu qadağan edib.
525.az xəbər verir ki, İngiltərədə də araşdırmalar yekunlaşana qədər adı çəkilən model təyyarələrin hava məkanına çıxarılması müvəqqəti dayandırılıb. Şirkət tələb olunan araşdırmalar başa çatana qədər istifadə olunan ümumilikdə 128 təyyarənin istismardan çıxarılmasını istəyib.
Qeyd edək ki, qərardan sonra Amerikanın hava yolu şirkəti "United Airlines" və Yaponiyanın iki aparıcı aviaşirkətinin eyni mühərrikdən istifadə edən 56 təyyarəsi artıq eniş edib.
El Roman