525.Az

71 nəfər yıxılaraq bədən xəsarətləri alıb - Yenilənib


 

71 nəfər yıxılaraq bədən xəsarətləri alıb - <b style="color:red">Yenilənib</b>

Fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər (38kişi, 33 qadın)  hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 525.az-a verilən məlumata görə, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb. 

***

Saat 18:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 39 nəfər (20 kişi, 19 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 525.az-a verilən məlumata görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb. 

*** 

Bu gün saat 15:00-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 525.az-a verilən xəbərə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar. 

*** 

Bu gün saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəarətləri alıb.

Səhiyyə Nazirliyindən 525.az-a verilən xəbərə görə, yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

*** 

Bu gün saat 11:30-a qədər olan məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsrətləri alıb.

525.az xəbər APA-ya istinadən xəbər verir ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdirilib.

*** 

Bu gün saat 10:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

525.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

 

 





24.02.2021    çap et  çap et