525.Az

Milli Kitabxanada “Abdulla Şaiq – 140” adlı sərgi təqdim olunub


 

Milli Kitabxanada “Abdulla Şaiq – 140” adlı sərgi təqdim olunub<b style="color:red"></b>

Bu gün XX əsr Azərbaycan uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən görkəmli yazıçı Abdulla Şaiqin 140 illik yubileyi tamam olur. Abdulla Şaiq dramaturq, nasir, şair, ədəbi tənqidçi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ədəbiyyatı tarixinin tədqiqatçılarından olub. Respublikamızda uşaq ədəbiyyatının yaradıcısı hesab edilən Abdulla Şaiqin çoxşaxəli ədəbi-bədii yaradıcılığı yalnız uşaq əsərləri ilə məhdudlaşmayıb. O, irihəcmli “Əsrimizin qəhrəmanları”, “Araz”, “Qafqaz çiçəyi”, “Məktub yetişmədi”, “Köç” və s. kimi pyeslərin də müəllifi kimi tanınıb. Abdulla Şaiqin zəngin yaradıcılığı onun çoxsaylı oxucuları və tələbatçıları tərəfindən maraqla izlənib və daima onun əsərlərinə böyük tələbat olub. Bu əsərlər uşaqların mütaliəsinə rəhbərlik edən tərbiyəçilər, müəllimlər və valideynlər üçün mühüm vasitəyə çevrilib.

525.az xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Abdulla Şaiq – 140” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Abdulla_Saiq_140/index.htm linkindən istifadə edə bilərlər.

 





24.02.2021    çap et  çap et