525.Az

FHN-nin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində çalışır


 

FHN-nin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində çalışır<b style="color:red"></b>

Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

525.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, belə ki, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən  müvafiq xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlik bir daha vətəndaşları piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;

ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;

yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

 





24.02.2021    çap et  çap et