525.Az

Zəncirvarı qəzada bir nəfər ölüb: 4 nəfər xəsarət alıb


 

Zəncirvarı qəzada bir nəfər ölüb: <b style="color:red">4 nəfər xəsarət alıb </b>

Qaradağ rayonu ərazisində baş verən avtoqəza nəticəsində 1 nəfər (kişi) hadisə yerində dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından 525.az-a verilən məlumata görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. 1 nəfərə isə yerində yardım göstərilib.

Qeyd edək ki, Bakıda zəncirvarı yol qəzası olub.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.

 





24.02.2021    çap et  çap et