525.Az

Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək


 

Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək<b style="color:red"></b>

Bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Strateji Araşdırmalar Mərkəzi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu il dönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, Türk Şurası çərçivəsində əməkdaşlığı daha geniş perspektivdə inkişaf etdirmək əsas hədəfdir.

Yavuz Selim Kıran Türk Şurasında müşahidəçi statusu əldə etmək istəyən ölkələrin sayında artım olduğunu da vurğulayıb.

 





24.02.2021    çap et  çap et