525.Az

Ceyhun Bayramov Oliver Varhelyi ilə telefonla danışdı


 

Ceyhun Bayramov Oliver Varhelyi ilə telefonla danışdı<b style="color:red"></b>

24 fevral 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

XİN-in Mətbuat xidməti idarəsindən 525.az-a verilən məlumata görə, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 





24.02.2021    çap et  çap et