525.Az

Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunan virtual sərgi təqdim etdi


 

Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunan virtual sərgi təqdim etdi<b style="color:red"></b>

Respublika Uşaq Kitabxanası, şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin 140 illik yubileyinə həsr olunmuş virtual sərgini istifadəçilərin ixtiyarına verib.

525.az xəbər verir ki, virtual sərgidə yer alan kitablar 1927-2018-ci illəri əhatə edir. Sərgiyə ümümilikdə tam mətnli 41 kitab yerləşdirilib. Onlardan 20-si 1927-1994-cü illəri əhatə edən kitabxananın "Qızıl fond"unda qorunub saxlanılan kitablardır.

Qızıl fondan yerləşdirilmiş kitablar arasında Tülkü həccə gedir- 1927; Gözəl Bahar-1940; Nağıllar-1945 və s. kitablarda yer alır.

Eyni zamanda virtual sərgiyə rus dilində 4,  Paссказы-1991; Вот Мы Какие-1984; Избранное-1959; Письмо не дошло-1984 kitablarda əlavə olunub.

İstifadəçilər, aşağıdakı link vasitəsi ilə virtual sərgi ilə tanış ola bilərlər.


http://clb.az/abdulla-aiq_d3088.html

 





24.02.2021    çap et  çap et