525.Az

Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi


 

Fevral ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayı üzrə bütün növ müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bunu 525.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Fevral ayı üzrə 550 min nəfərə yaxın vətəndaşa müavinət, təqaüd və kompensasiya ödənilib.

 





24.02.2021    çap et  çap et