525.Az

Edama məhkum edilən ölmüş qadın yenidən asıldı


 

Edama məhkum edilən ölmüş qadın yenidən asıldı <b style="color:red"></b>

İranda ərini öldürdüyünə görə ölüm cəzasına məhkum edilmiş Zəhra İsmailinin asılmaq üzrə olduğu vaxt infarkt keçirdiyi, ancaq yenə də asıldığı iddia edilib.

 
525.az xəbər verir ki, vəkil Omid Moradi, Zəhranın həyat yoldaşı Əli Rza Zamanini öldürməkdə günahkar olduğunu, ancaq kişinin ailəsinə pis davrandığını, buna görə də qadının qətli özü və qızını qorumaq üçün törətdiyini söyləyib.

 
Öz "facebook" səhifəsində müvəkkilinin necə öldüyünü izah edən vəkil, şənbə günü həbsxanada baş verən hadisə zamanı İsmailinin ondan əvvəl 16 məhbusun edamını izləmək məcburiyyətində qaldığını bildirib. Vəkilin dediyinə görə, Zəhra infarkt keçirib və növbəsi gəlməmişdən əvvəl ölüb. Buna baxmayaraq, qaynanasının ölüm hökmünün yerinə yetirilməsi tələbinə görə qadının cəsədi yenə də asılıb.

 
El Roman

 





24.02.2021    çap et  çap et