525.Az

Paris küçələrində spirtli içki qadağası


 

Paris küçələrində spirtli içki qadağası<b style="color:red"></b>

Rəsmilər Parisin iki ən böyük və sıx küçəsində spirtli içkilərin hədsiz istifadəsinə görə, COVID-19 tədbirlərinin pozulduğu bildirib. Bunun üçün də yeni qadağa qüvvəyə minib.

 
525.az xəbər verir ki, polis tərəfindən verilən açıqlamada, Parisin V və VI bölgələrindəki insanların toplaşmasının qarşısını almaq üçün hər iki küçədə alkoqol istifaadəsinin qadağan edildiyini bildirilən sənəd yayımlanıb. Təlimata əsasən, 15 gün ərzində səhər saat 11:00-dan axşam 18:00-a qədər küçədə spirtli içki qəbul edənlər 135 avro cərimənələcək.

 
Qeyd edək ki, Fransada bir aydır ki, axşam saat 18:00-dan etibarən  komendant saatı tətbiq edilir.

 
El Roman

 





24.02.2021    çap et  çap et