525.Az

Yolların qardan təmizlənməsi gecə ərzində də davam etdiriləcək


 

Yolların qardan təmizlənməsi gecə ərzində də davam etdiriləcək<b style="color:red"></b>

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumları intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

525.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyəti yayıb.

Məlumata əsasən, təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlıb.

Yolların təmizlənməsi və duz səpilməsi işləri bütün gecə ərzində davam etdiriləcək, səhər saatlarında isə daha geniş şəkildə həyata keçiriləcək.

 





24.02.2021    çap et  çap et