525.Az

Qoru vətəni - Səməd Seyidovun şeirləri


 

Qoru vətəni - <b style="color:red">Səməd Seyidovun şeirləri </b>

Səməd Seyidovun şeirləri Şəfəq Əlibəylinin tərcüməsində

QORU VƏTƏNİ

Sevdin külək kimi azadlığı sən,
O Qafqaz qürurun yüksəlir hər dəm.
Sənin tək təbiət taparammı mən?
Səni çox sevirəm, ey gözəl ölkəm.

***

Odla buz qurubdur səndə bir vəhdət,
Onda Şərq ruhu var, Qərb cazibəsi.
Nadir cavahir tək onda var qiymət,
İşığın bürüyür, nurla hər kəsi.

***

Səninlə bağlıdır fəxrim, qürur da,
Sönməz odlar yurdu, şöhrətim, adım.
Bəxtəvər insanam, istərəm burda
Övladlar böyüdüb, yazım yaradım.

***

Həm gözəl, həm mətin olur bu vətən
Yenilməz, möhkəmdir vətən torpağı
Yüksələn biz olduq, alçalan  düşmən
Daşır küdurəti, inləyir yağı.

*** 

Rahat nəfəs alıb, salıram yada,
Xaqani dilindən bu vəsiyyəti.
Qanlı döyüşlərdə vermə sən bada
Qoru, sən Vətəni, dili, qeyrəti!!!

MƏHƏBBƏTİN GÜCÜ

Döğan hər Günəşin bir qürubu var,
Gecə köç eyləyər gələndə səhər.
Təkcə məhəbbətçün vaxtdan yox hasar,
Qışı da səninçin yaya çevirər.

*** 

Bir də görürsən ki, hər şey qarışır,
Kədərin, sevincin, qanlı göz yaşın.
Düşmən dosta dönür, sənlə barışır,
Məhəbbət yox edir düşmənlik daşın.

NƏ QƏDƏR KİÇİLMİSƏN

Sən necə enmisən, Avropa, yazıq,
O möhtəşəm ruhun deyəsən, darda.
Hanı bərabərlik, sülh və azadlıq
Qulağa xoş gələn sözlərin harda?

ŞƏXSİYYƏT

Hər yaradıcı şəxsin öz təzadı var,
Çox fərqli məqamlar onda yer alar.
Adi insanlara çətin gələn iş,
Onunçün çox asan, o etmiş vərdiş.

 





24.02.2021    çap et  çap et