525.Az

Polad Həşimovun adının yer alacağı ensiklopediyanın dizaynı təqdim olundu


 

Polad Həşimovun adının yer alacağı ensiklopediyanın dizaynı təqdim olundu<b style="color:red"></b>

"Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansı "Azərbaycan və Ukrayna şəxsiyyətlərin timsalında" birgə ensiklopediyasının dizaynını təqdim etib.

525.az xəbər verir ki, qalın üzlüklə çap ediləcək kitabın üz qabığında Azərbaycan və Ukraynanın dövlət gerbləri təsvir olunacaq. Xatırladaq ki, ensiklopediya "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının təşəbbüsü ilə hazırlanıb. Hər iki ölkənin məşhur şəxsiyyətləri haqqında araşdırmalar aparılırıb, məlumatların toplandığı ensiklopediyanın yaxın zamanda çapı planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan və Ukrayna" birgə ensiklopediyasında 14 iyul 2020-ci il tarixdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan general-mayor, Milli Qəhrəman Polad Həşimovun tərcümeyi-halı da yer alacaq.

Ensiklopediya sayəsində general-mayor haqqında Azərbaycandan kənarda daha çox məlumat əldə edilə biləcək.

 





24.02.2021    çap et  çap et