525.Az

"Azərbaycan" jurnalının yeni sayı


 

"Azərbaycan" jurnalının yeni sayı <b style="color:red"></b>

"Azərbaycan" jurnalının 2021-ci ildəki ikinci sayı çap olunub.

"Dramaturgiya" bölməsində Əli Əmirlinin "Pərdəsiz" pyesi dərc olunub. Fasiləsiz oyun üçün səkkiz səhnədən ibarət qadın dramı hadisələrin rəngarəngliyi baxımından maraq doğurur.

"Poeziya" bölməsində Əlizadə Nurinin, Əli Rza Xələflinin, Tural Turanın, Ətraf Sərrafın, Vəliyulla Novruzun, Tamella Pərvinin, Zərəngiz Dəmirçi Qayalının şeirləri verilib.

Natiq Məmmədlinin "Ən gözəl günah" romanı (son hissəsi), Əjdər Olun "Dəhşətli hadisə" hekayəsi, Vidadi Babanlının "Sabaha ismarıc" povesti jurnalın "Nəsr" bölməsində yer alıb.

"Ədəbi talelər" bölməsində Günel Natiq amerikalı yazıçı Karlos Kastaneda haqqında söz açıb.

"Ədəbiyyatşünaslıq" bölməsində Güldəniz Qocayeva "Qalan mənadır ancaq..." adlı yazısında dahi şair Məhəmməd Hadinin yaradıcılığına nəzər salıb. Bu bölmədə Səadət Vahabovanın "Haqverdiyev yaradıcılığında menipp satira əlamətləri" məqaləsi də var.

Jurnalın ənənəvi "Kitab rəfi"ndə yeni nəşrlər oxucuların nəzərinə çatdırılıb.

Nadir RZALI

 





24.02.2021    çap et  çap et