525.Az

"Sumqayıt"dan alqışlanası addım


 

KLUB VƏTƏN MÜHARİBƏSİNDƏ QƏHRƏMANCASINA DÖYÜŞMÜŞ AZARKEŞİNİ İŞLƏ TƏMİN ETDİ

"Sumqayıt"dan alqışlanası addım<b style="color:red"></b>

"Sumqayıt" alqışlanası addım atıb.

Klub tərəfindən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş "Kimyaçı" fan-klubunun üzvü, "Sumqayıt"ın sadiq azarkeşi Mehman Rzayev işlə təmin olunub.

Rzayev stadionda menecer kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ötən ay "Sumqayıt"ın prezidenti Riad Rəfiyev, idman direktoru Zamiq Hüseynov və baş məşqçisi Ayxan Abbasov 44 günlük Vətən müharibəsində ön cəbdədə döyüşmüş Mehman Rzayevlə görüşmüşdülər. Sadiq azarkeşə klub tərəfindən xatirə hədiyyəsi verilmişdi. Eləcə də kapitan Vurğun Hüseynov Mehman Rzayevə "Sumqayıt"ın formasını təqdim etmişdi.

 





24.02.2021    çap et  çap et