|
|
|
|
"Paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib".
525.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V. Əsədov bildirib ki, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda süni tıxaclar yaradıb.