525.Az

Biznesin maliyyə resurslarına əlçatanlığı problemi mövcuddur


 

Biznesin maliyyə resurslarına əlçatanlığı problemi mövcuddur<b style="color:red"></b>

Aparılan sorğular və tədqiqatlar nəticəsində məlum olub ki, sahibkarlığın maliyyə resurslarına əlçatanlığı problemləri hələ də mövcuddur.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin müavini Mehman Abbas "Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru" mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının hesabatları bu faktı təsdiqləyir: "Sahibkarlar tərəfindən qaldırılan əsas problemlər banklarda olan yüksək faiz dərəcələri və regionlarda girov təminatı məsələləridir".

 





25.02.2021    çap et  çap et