525.Az

Azərbaycan peykilə Afrikada HD yayım olacaq


 

Azərbaycan peykilə Afrikada HD yayım olacaq<b style="color:red"></b>

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən 525.az-a məlumata görə, müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edəcək.

Qeyd edək ki, şirkət hazırda Qərbi Afrikada 20-dən çox televiziya və radio kanalı yayımlayır və yüksək keyfiyyətli infrastrukturu ilə video məzmunun kanallara asanlıqla paylanmasını təmin edir.

 





25.02.2021    çap et  çap et