525.Az

Paşinyan Baş Qərargah rəisini işdən çıxarıb


 

Paşinyan Baş Qərargah rəisini işdən çıxarıb<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

525.az APA-ya istinadən xəbər verir ki, N. Paşinyan bu barədə “Facebook” səhifəsindən canlı yayımda bildirib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 

 





25.02.2021    çap et  çap et