525.Az

Azərbaycanlı müğənninin yeni avtomobili (FOTOLAR)


 

Azərbaycanlı müğənninin yeni avtomobili <b style="color:red"> (FOTOLAR)</b>

Müğənni Ayan Babakişiyeva özünə yeni avtomobil alıb.

“Qırmızı rəfiqəm” dediyi “Hyundai Genesis Coupe” markalı avtomobilini ilk dəfə bizim oxucularımıza göstərmək üçün "Dağüstü park"da çəkiliş aparmağımıza şərait yaratdı.

Şıltaqlığı ilə həmkarlarından fərqlənən Ayan öncə özünəməxsus pozalar verdi, ardınca “qırmızı rəfiqəsi” haqqında bunları söylədi: “Baxmayaraq ki, ötən ilin buraxılışı olan “Land Cruiser Prado” avtomobilim var, mən “Genesis Coupe”nin yolunu düz iki ildir gözləyirdim.

Birbaşa istehsal olunduğu zavodundan gətirdim, 2012-ci il buraxılışıdır. Açığı, məhz al qırmızı rəng istədiyimə görə bir az gec reallaşdı.

Əsas odur ki, həm birinci avtomobilimi, həm də “qırmızı rəfiqəmi” yaradıcılığımdan qazandığım pullarla almışam. Düzdür, eyni vaxtda iki maşına baxmaq hər mənada çətin olsa da, bunun öhdəsindən gəlməyə çalışacağam.

Qiymət açıqlayıb öyünmək istəmirəm. Allah hamıya qismət eləsin”.

milli.az

 





18.10.2012    çap et  çap et