525.Az

Daha 126 nəfərdə koronavirus aşkarlandı: 142 sağalan, 3 ölən var


 

Daha 126 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">142 sağalan, 3 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233.770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 228.299 nəfər müalicə olunaraq sağalıb, 3209 nəfər vəfat edib, aktiv xəstə sayı 2262 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5438, ötən müddət ərzində isə ümumilikdə 2.576.454 test aparılıb.

 





25.02.2021    çap et  çap et