Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən, yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.
525.az-ın xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova APA-ya bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.
Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir:
“Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.