525.Az

Nazirlik: "Oksigenlə zəngin hava şəraiti gözlənilir"


 

Nazirlik: "Oksigenlə zəngin hava şəraiti gözlənilir"<b style="color:red"></b>

Fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq. Oksigenlə zənginləşən, əsasən, yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək.

525.az-ın xəbərinə görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova APA-ya bildirib ki, havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq.

Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir:

“Rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq”.

 





25.02.2021    çap et  çap et